Ölkəmizi tanıyaq
Hər il olduğu kimi bu il də məktəbin iki nəfər yuxarı sinif şagirdi “Ölkəmizi tanıyaq” layihəsində iştirak etdi. Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə cənab prezident İlham Əliyevin tapşırığına əsasən ölkənin əksər bölgələrindən olan şagirdlər tarixi abidələrimizi, maddi - mənəvi irsimizi daha yaxşı öyrənmək məqsədi ilə tur - aksiyaya qoşuldular.
Məktəbdən tur - aksiyada iştirak edən 9-cu sinif şagirdləri – Fatimə Məmmədova və Ramil Kərimzadə Gəncə bölgəsindən gəzintilərini başladılar. Onlar əvvəlcə Gəncə şəhərinin İmamzadə məscidində, sonra dahi Azərbaycan şairi Nizami Gəncəvinin ev muzeyində və Nizami parkında oldular. Tur – aksiyanın növbəti günündə şagirdlər Göygöl və Maral gölündə, daha sonra isə Şəmkir rayonunda səyahətlərini davam etdirdilər.
Noyabr ayının 16-da tur-aksiya başa çatdı. Şagirdlər yüksək xidmətə, hər cür rahat şəraitə və təhlükəsizliyin təmin edilməsinə görə təşkilatçılara təşəkkür etdilər. Onlar dövlətimiz tərəfindən yaradılan bu fürsətdən istifadə edərək çoxlu dostlar qazandılar və Azərbaycanın zəngin mədəni irsi ilə ətraflı tanış oldular.