Dövlət rəmzlərinə hörmət

            Məktəbdə ibtidai siniflərdən başlayaraq ilboyu şagirdlərin dövlət rəmzlərinə hörmət ruhunda yetişdirilməsi üçün müxtəlif tədbirlər keçirilir, ekskursiyalar təşkil edilir, təqdimatlar hazırlanır. Belə tədbirlərdən biri Bayraq Günü ərəfəsində 1"A" sinif şagirdləri və sinif rəhbəri Sevil Qəmbərova tərəfindən təqdim edildi.

            Şagirdlərə əvvəlcə Sevil müəllim dövlət rəmzləri haqqında qısa məlumat verdi, daha sonra mövzudan bəhs edən videoçarx nümayiş etdirdi. Şagirdlərin ifasında vətənpərvərlik hisslərini aşılayan mahnılar və şeir nümunələri dinlənildi, rəqslər ifa olundu. Daha sonra bayrağımızın rənglərini daşıyan şarlar azadlığımızın rəmzi kimi simvolik olaraq havaya buraxıldı. Məktəbin direktoru tədbirdə iştirak edərək şagirdləri təbrik etdi və sinif müəllimi Sevil Qəmbərovaya şagirdləri  dövlətimizə, dövlətçiliyimizə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etdiyi üçün təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi