Uşaqların hüquqları qorunmalıdır
20 oktyabr-20 noyabr "Uşaq hüquqları aylığı" elan olunması ilə əlaqədar məktəbdə müxtəlif maarifləndirici işlər həyata keçirilib. Belə ki, ayrı - ayrı siniflərdə şagirdlərlə söhbətlər aparılıb, müzakirələr təşkil edilib.
Noyabr ayının 5-də 6"A" sinif şagirdləri və sinif rəhbəri Fəridə Babazadə "Uşaqların hüquqlarını qorumaq cavabdeh şəxslərin borcudur" adı altında tədbir keçirdilər. Dəyirmi masa formatında təşkil edilmiş tədbirdə şagirdlər Uşaq Hüquqları Konvensiyasında öz əksini tapmış maddələrlə tanış oldular. Daha sonra şagirdlərin özləri tərəfindən hazırlanan və uşaqların təhsil, istirahət, sağlam yaşamaq və s. hüquqlarını əks etdirən vidoçarx nümayiş olundu. Həmçinin şagirdlər məktəbdə , ictimai yerlərdə, ailədə hüquqlarına və vəzifələrinə uyğun necə davranmalı olduqları barəsində tövsiyyələrə qulaq asdılar. Məktəb rəhbərliyinin tədbirdə iştirak edən nümayəndələri - hərbi rəhbər, direktor müavinləri, məktəb psixoloqu şagirdləri hər zaman hüquqlarını bilməyə və onları tətbiq etməyə çağırdı. Bu işdə aidiyyatı qurumların və dövlətin dəstəyi xüsusi vurğulandı.