Zərərli vərdişlər və onlarla mübarizə üsulları

            Mütəmadi olaraq məktəbdə şagirdlər arasında zərərli vərdişlər və onlarla mübarizə üsullarına dair maarifləndirici tədbirlər təşkil edilir. Belə tədbirlərin keçirilməsi ilə şagirdlər bütün bəşəriyyəti cənginə alan qorxunc xəstəliklərin məhz narkomaniya, tütün məsulları, spirtli içkilərin istifadəsindən sonra sürətlənməsi haqqında geniş məlumatlar əldə edirlər.

            Oktyabr ayının 30-da məktəbin təşkilatçı müavini Ülviyyə Məmmədovanın təşəbbüsü ilə 9"A" sinfinin şagirdlərinə "Zərərli vərdişlər və onlarla mübarizə üsulları" mövzusunda dərs keçirildi. Dərsin gedişatı boyunca şagirdlərə sağlam həyat tərzi aşılandı, zərərli vərdişlərin törətdiyi və sağalması çətin olan xəstəliklər haqqında müzakirələr aparıldı. Sonda şagirdlər narkotikə aludəçiliyi olan şəxslər və onların bu ölümcül bəla haqqında etiraflarına həsr edilmiş qısa videoçarxa baxdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi