Robototexnika ilə əlaqədar təlim
Məktəbdə oktyabr ayının 17-də robototexnika ilə əlaqədar təlim təşkil edildi.
Təlim Təhsil Nazirliyinin razılığı əsasında Chip Azərbaycan jurnalı və Hədəf liseyinin əməkdaşlığı ilə keçirildi. 4-8-ci sinif şagirdlərinin iştirakı ilə baş tutan təlimdə şagirdlər yeni texnologiyalarla tanış oldular və onların insan həyatındakı rolu haqqında ətraflı məlumat əldə etdilər. Chip Azərbaycan jurnalının əməkdaşları və Hədəf liseyinin mühəndis ixtisası üzrə ixtisaslaşmış müəllimlərinin köməyi ilə şagirdlər 2 saatlıq təlim müddətində robot maşınlar hazırladılar. Sonda şagirdlərin düzəltdikləri robot maşınlar qara xətt üzrə yarışdırıldı. Daha düzgün və dəqiqliklə hazırlanan maşınlar qalib elan edildi.
Şagirdlərə Chip Azərbaycan jurnalının nüsxələri paylandı və onları maraqlandıran suallar cavablandırıldı.