“Sağlam məktəbli” layihəsinin təqdimatı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin məktəbdə “Sağlam məktəbli” layihəsi çərçivəsində tədbiri keçirildi. AQTA-nın əməkdaşı Rəşad Mehdizadə “Sağlam məktəbli” layihəsi barəsində şagirdlərə ətraflı məlumat verdi və “Qida zəncirinin mərhələləri” videosunu təqdim etdi. Aygün Osmanova isə məktəblilərin düzgün və sağlam qidalanması haqqında şagirdlərlə söhbət apardı. Dəniz məhsullarının insan sağlamlığında oynadığı əvəzsiz rolu barəsində isə AQTA-nın nümayəndəsi Minə Bağırova danışdı. Daha sonra şagirdləri maraqlandıran suallar cavablandırıldı.
ARB telekanalı tədbir ilə əlaqədar çəkiliş apardı və sonda təqdim olunan mövzularla əlaqədar şagirdlərdən müsahibə alındı.