"Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"ndə məktəb komandamız qələbə qazanıb
2 aprel 2016-cı il tarixdə Nəsimi rayonundakı M.Hüseynzadə adına tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin II turu keçirilmişdir. Müsabiqədə 240 nömrəli tam orta məktəbin komandası I yer, 5 nömrəli tam orta məktəbin komandası II yer, 19 və 240 nömrəli tam orta məktəblərin komandaları isə III yer tutmuşlar. 19 nömrəli tam orta məktəb komandasının üzvləri Nuray Süleymanova, Aytən Salahova və Sevinc Musayeva komandamızın qələbə qazanmasında yüksək fəallıq göstərmişlər. Komandamızın üzvlərinə, eləcə də komandamızı bu müsabiqəyə hazırlaşdıran kimya müəllimlərimiz Almaz Həsənova və Elmira Əhədovaya təşəkkür edir, onlara növbəti turda da uğurlar arzulayırıq.