Məndədir, səndədir, Müəllim ömrü
Məlum olduğu kimi Azərbaycanda müstəqillik əldə ediləndən sonra 5 oktyabr tarixi hər il ictimaiyyətdə təhsil sistemində çalışanların peşə bayramı kimi qeyd edilir. Məktəbdə bununla əlaqədar oktyabr ayının 4-də “Müəllimlər şagirdlərin gözü ilə” adlı rəsm sərgisi təşkil edildi. Müxtəlif siniflərdə təhsil alan istedadlı şagirdlər sevimli müəllimlərini çəkdikləri rəsmlərlə təbrik etdilər. Ana qədər onlara doğma olan müəllimlərini çəkdikləri rəsm nümunələrində şagirdlər sanki zirvələrə qaldırdılar.
Məktəbdənkənar qiraət müsabiqələrində dəfələrlə qabaqcıl yerlərə layiq görülmüş 10-cu sinif şagirdi Məmmədova Nəzrinin ifa etdiyi Musa Yaqubun “Müəllim ömrü” şeiri xüsusilə hər kəsi riqqətə gətirdi. Həqiqətən də müəllim əməyinə verilən qiyməti poetik dildə nə gözəl tərənnüm edib dəyərli şair!
Rəsm sərgisinə baxış edən direktor Kərim müəllim sərginin təşkilində əziyyəti olan şagirdlərə və müəllimlərə təşəkkürünü bildirdi.
Daha sonra Kərim müəllim məktəbin müəllimlərini bir yerə toplayaraq onlara səmimi təbriklərini çatdırdı, seçdikləri bu şərəfli yolda pedaqoji kollektivə uğur dilədi.