Audiokitab layihəsinin təqdimatı

            Azərbaycan dilində ədəbi-bədii əsərlərin audio qiraət variantı internet üzərindən artıq 2015-ci ildən etibarən bütün dünyaya yayımlanır. Bu layihə ilə əlaqədar məktəbdə təbliğat və maarifləndirmə tədbiri təşkil edildi. Sentyabr ayının 30-da məktəbdə audiokitab layıhəsinin yaradıcıları və əməkdaşları yuxarı sinif şagirdləri ilə birgə layihənin xüsusiyyətlərindən, proqram təminatının istifadə qaydalarından, üstünlüklərindən bəhs edən maraqlı müzakirələr apardılar. Audiokitab layihəsi ilə bağlı şagirdləri maraqlandıran suallar layihə əməkdaşları - Həsən Həsənov, Azadə Abbasova və Əhliman Ərşadlı tərəfindən ətraflı cavablandırıldılar. Layihə şagirdlərin geniş marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi