Məktəbdə valideyn iclası keçirildi

            Məktəbdə sentyabr ayının 21-də 9,10,11-ci sinif şagirdlərinin valideynləri ilə iclas keçirildi.  Məktəb rəhbərliyinin yuxarı sinif şagirdlərinin valideynləri ilə iclas keçirməkdə əsas məqsədi şagirdlərin dərsə keçikmə, dərsdən yayınma hallarını müzakirə etmək və mövcud vəziyyəti düzəltmək idi. İclasda nizam-intizam, məktəbli formasına düzgün riayət, məktəbə telefonların gətirilməsi, dərs prosesini pozan digər məsələlər ətrafında ətraflı söhbət aparıldı.

            Məktəbin direktoru Kərim Abidi və rəhbərliyin digər nümayəndələri çıxış edərək valideynləri onların övladlarının təlim-tərbiyəsinə mənfi təsir göstərən bir çox xoşagəlməz hallar barəsində  xəbərdar etdilər. Daha sonra valideynlərin təklif və iradları dinlənildi. Valideynlərin də rəyi nəzərə alınaraq qərara alındı ki, şagirdlərin məktəbə telefon gətirməsi tədris prosesini pozduğu üçün məhdudlaşdırılsın. Həmçinin şagirdlərin əsaslandırılmış üzürlü səbəbi  olmadan dərsdən yayınması yolverilməz hesab edilsin və heç bir halda güzəşt olunmasın.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi