OCEP 2019

            OCEP 2019 proqramına qoşulan məktəblərdən biri də Nəsimi rayonu 19 nömrəli tam orta məktəb idi. Məktəbimiz tədris ili ərzində layihə ilə əlaqədar bir çox tədbirlər həyata keçirdi və sosial şəbəkə, internet saytlarında işıqlandırdı.

            Iyul ayının 25-26-sı, iki gün ərzində qardaşlaşdığımız Danimarka dövlətini Atletlər Kəndində layiqincə təmsil etdik. Belə ki, əsasən 8 və 9-cu siniflərdən seçilmiş, xarici dil bacarıqları yüksək olan şagirdlər Danimarkanın maddi-mənəvi irsini dəqiq və ətraflı öyrənərək  yerli və eyni zamanda əcnəbi turistlərə, idmançılara  maraqlı bir sərgi təqdim etdilər. Müxtəlif viktorinalar vasitəsilə şagirdlər xarici turistlərə həm  hədiyyələr qazandırdılar, həm də dövlətimizin tarixi yerlərini, milli mədəniyyətini əks etdirən məlumatlar ötürdülər.

            OCEP 2019 proqramı çərçivəsində şagirdlər  Avropa mədəniyyəti ilə əlaqədar  bilmədikləri maraqlı məlumatları əldə etdilər, həm əyləndilər, həm də öyrəndilər.Həmçinin şagirdlər iki günlük sərgi çərçivəsində ölkənin nüfuzlu şəxsləri, dövlət rəsmiləri ilə tanış oldular. Tədbirdə iştirak edən məktəbin direktoru Kərim Abidi təşkilatçılığa görə məktəbin layihədə iştirak edən şagirdlərinə və müəllimlərinə təşəkkür etdi.Tədbirlərlə əlaqədar onu deyə bilərik ki, bu möhtəşəm və tarixi layihə şagirdlərin yaddaşında unudulmaz izlər buraxdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi