“Ölkəmizi taniyaq” layihəsi çərçivəsində Naxçıvan turu

M.Hüseynzadə adına 19 №li tam orta məktəbin 10ç sinif şagirdləri Zeynalova Fatimə və Əsgərova Ruhanə “Ölkəmizi taniyaq” layihəsi çərçivəsində Naxçıvan turunda iştirak etmişlər. 24-27 mart 2016-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin xətti ilə 14 nəfər şagird və 1 nəfər icra nümayəndəsindən ibarət ikinci qrup Naxçıvan Muxtar Respublikasına təyyarə ilə yola düşmüşlər.Şagirdlər ilk gün Naxçıvanda “Heydər Əliyev “ abidəsi, “Heydər Əliyev” muzeyi, “Xan sarayı”, “Möminə Xatun” türbəsi, “Naxçıvan Universiteti” və “Naxçıvan Biznes Mərkəzi"ndə olmuş, sonra “Düzdağ” otelinə yollanmış və orada yerləşdirilmişlər.2-ci gün “Naxçıvan Dövlət Universiteti”, “Naxçıvan Avtomobil Zavodu”, “Gəmiqaya Mineral Sular MMC”, 3 №li məktəb, “Ordubad rayon tarix-diyarşünaslıq muzeyi”, “Sidqinin və Ordubadinin ev muzeyi”ni ziyarət etmiş, 3-cü gün isə Şahbuz rayonuna səfər edərək Şahbuz şəhəri 2 №-li tam orta məktəb, “Farma-şah” MMC, Batabat Dövlət Qoruğu və Batabat Astrofizika Rəsədxanası, Dövlət Bayrağı muzeyi, “Naxçıvan qala”, “Tarix Memarlıq Muzey Kompleksi”, “Duzdağ Fizioterapiya” mərkəzində ol muşlar.4-cü gün Kəngərli rayonuna səfər edərək “Kəngərli rayon Tarix-Diyarşünasliq Muzeyi”, “Qarabağlar Memarlıq Kompleksi”, “Gənclər Mərkəzi”ndə olmaqla Naxçıvan diyarının ən gözəl guşələri ilə tanış olmuşlar. Şagirdlər öz səfər təəssüratlarını yoldaşları ilə bölüşmüş, layihənin təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi