Pedaqoji Şuranın yekun iclası keçirildi
Məktəbdə iyun ayının 28-də məktəb Pedaqoji Şurasının 2018-2019-cu tədris ilinin yekunlarına dair sonuncu iclası keçirildi. İclasda direktor, direktor müavinləri və məktəb psixoloqunun illik hesabatları dinlənildi. Həmçinin ümumi orta və tam orta təhsil pillələri üzrə fərqlənmə attestatlarına namizəd olan şagirdlərin adı açıqlandı.
Pedaqoji Şuranın yekun iclasında tədris ilinin əvvəlində ənənəvi olaraq elan olunan “Ən yaxşı sinif rəhbəri” müsabiqəsinin qalibləri fəxri fərmanla təltif edildi. Həmçinin tədris ilində yubiley yaşları tamam olmuş müəllimlərə məktəb rəhbərliyi diplomlar təqdim etdi. Sonda növbəti tədris ilində qarşıda duran əsas işlər və digər cari məsələlər müzakirə olundu.