Son Zəng tədbiri keçirildi

            Bütün ümumtəhsil məktəblərində olduğu kimi  bu gün məktəbimizdə 11-cilərin Son Zəng tədbiri keçirildi. Tədbir rəhbərliyin nəzarəti altında tam təhlükəsiz şəkildə təşkil edilmişdir. Nəzərə çatdıraq ki, bu tədris ilini təmayül siniflər olan - 11”A” və 11”B” sinfi başa vurur.

            Dövlət himninin səslənməsi ilə başlayan tədbir 11-cilərin meydana gəlişi ilə davam etdirildi. İlk söz təbrik üçün məktəbin direktoru Akif Əliyevə və Nəsimi rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin əməkdaşı Hüseyn Əliyevə verildi. Daha sonra məktəbin müəllimləri, valideynlər çıxış edərək bu ilki məzunları ürəkdən təbrik etdilər. Məktəb rəhbərliyi təhsil aldığı illərdə nizam-intizamı və təlim nəticələrinə görə fərqlənən məzunları fəxri fərmanla təltif etdi və onlarla xatirə şəkilləri çəkildi.

            Daha sonra 11”A” və 11”B” sinfinin rəhbərləri və şagirdlər mərkəzə dəvət edildi. Onlar baxımlı və xüsusi ilə milli tərtibatda hazırlanmış  rəqs və mahnı nümunələrini təqdim etdilər. Tədbirin ən maraqlı hissəsində elmin və biliyin rəmzi olan bilik açarı buraxılış və qəbul imtahanlarında ən yüksək nəticə göstərən 11 “A” sinif şagirdi Qurbanlı Anar tərəfindən 10 “A” sinif şagirdi, olimpiada və bilik yarışlarında nailiyyətlər qazanmış Piri Murada təqdim edildi. Sonda 11-cilər üçün bu doğma məktəb divarları arasında sonuncu zəng 1-ci sinif şagirdi Namazlı Məhərrəm tərəfindən çalındı. Beləliklə  xoş təəssüratlarla SonZəng tədbiri başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi