Sağlam Təhsil sinfində Məzun Günü keçirildi

            Məktəbdə iyun ayının 12-də BŞTİ-nin müvafiq məktubuna əsasən sağlam təhsil sinfi olan 4”A” sinfinin buraxılış tədbiri keçirildi. Tədbir məktəbin ilk sağlam təhsil sinfinin müəllimi, 4”A” sinfinin rəhbəri  Sevil Qəmbərova tərəfindən hazırlanmışdır.

            Tədbir dövlət himninin səslənməsi ilə başlandı və ilk söz məktəbin direktoru Akif Əliyevə verildi. Daha sonra layihə əməkdaşları - “Sağlam Təhsil-Sağlam Millət” layihəsinin metodistləri Zöhrə İsmayılova və Aygün Cəfərova buraxılış sinfinin şagirdlərini və müəllimini ürəkdən təbrik etdilər, onlara növbəti təhsil pilləsində uğur arzuladılar.

 Tədbir şagirdlərin maraqlı ifaları, milli rəqs nümunələri, mövzuya uyğun şeir parçaları, səhnəcikləri ilə davam etdirildi. Buraxılış tədbirinin ən baxımlı hissəsində növbəti sağlam təhsil sinfinə qədəm qoyacaq məktəbəqədər hazırlıq qrupunun uşaqlarının səhnəyə gəlişi buraxılış gecəsini daha da rəngarəng etdi. Beləliklə, 4-cü sinfi bitirən şagirdlər estafeti növbəti nəslə ötürdü və sağlam təhsil sinfinin rəmzi olan yaşıl almalar balaca fidanlara təqdim olundu.

            Tədbirin sonunda valideynlər, sağlam təhsil sinfində çalışan müəllimlər, direktor müavinləri çıxış etdi, öz ürək sözlərini dedilər. Direktor Akif Əliyev fərqlənən və əlaçı şagirdləri sertifikatlarla, sinif müəllimi Sevil müəllimi isə sağlam təhsil sinfində 4 illik səmərəli fəaliyyətinə görə təşəkkürnamə ilə təltif etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi