Məktəbdə Əlifba bayramı keçirildi

            İyun ayının 10-da məktəbdə maraqlı və baxımlı bir tədbir keçirildi. Belə ki, birincilərin ən sevindirici günü- əlifba bayramı qeyd edildi. İbtidai sinif müəllimi Nəzakət Osmanovanın  və rəhbərlik etdiyi 1”E” sinif şagirdləri ilə hazırladığı əlifba bayramı uzun müddət xatirələtrdən silinməyəcək. Çünki balaca fidanlar nə bacarıqları var idisə hamısını səhnədə göstərməyə can atırdılar. Rəngarən səhnələr, maraqlı sual-cavablar, şən musiqilər baxanları heyran edirdi.

            Nəzakət müəllimin tədris ili ərzində min bir əziyyətlə yetişdirdiyi şagirdləri tədbir boyunca oxuyub-yazmaq bacarıqlarını, əlifbanı necə kamil öyrənmə  səviyyələrini, sərbəst düşüncə mədəniyyətini mükəmməlcəsinə nümayiş etdirmək uğrunda sanki yarışa girmişdilər.

 Tədbirin yekununda məktəb direktoru Akif Əliyev, ibtidai siniflər üzrə direktor müavini Raya Həsənova və tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Məmmədova çıxışlarında şagirdlərin və müəllimlərin əziyyətini yüksək qiymətləndirdilər, baxımlı tədbir üçün Nəzakət müəllimə təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi