“Qızıl qönçələr” əsərinin müzakirəsi

            İyun ayının 7-də məktəbdə Azərbaycanın xalq yazıçısı Ənvər Məmmədxanlının “Qızıl qönçələr” əsəri müzakirə edildi. Şagirdlərin mütaliə vərdişlərini inkişaf etdirmək məqsədi ilə bədii əsərlərin oxusu və müzakirəsi silsiləsindən olan tədbirlərin sırasında bu günkü tədbirin də mühüm rolu oldu. Belə ki, 6”D” sinif şagirdləri, ədəbiyyat müəllimi Fərqanə Abdulovanın və kitabxana müdiri Sevinc Hüseynovanın təşəbbüsü ilə keçirilən müzakirədə ədibin əsərində toxunulan bir çox gizli məqamlara aydınlıq gətirildi.

            Şagirdlər əsərin təhlili zamanı məlumatlandılar ki, əslində “Qızıl qönçələr” əsəri Cənubi Azərbaycanda, bütünlükdə İranda xalqın zəhmətkeş təbəqəsinin ağır vəziyyətindən bəhs edən bir əsərdir.Uşaqlığı ilə bərabər xəyalları, arzuları da puç olmuş balaca qızcığaz Sürəyyanın acı taleyi bu günkü dövrün uşaqlığı ilə müqayisə edildi. Həmçinin dövlətimizin kimsəsiz, köməksiz uşaqlara xüsusi qayğısı tədbirdə vurğulandı.

            Qarşılıqlı sual-cavab və diskusiya şəklində maraqlı bir müzakirə baş tutdu. Bildirildi ki, belə  əsərlərin mütaliəsi və müzakirəsi şagirdlərin maarifləndirilməsində , kitab oxumaq həvəsinin artırılmasında əvəzsiz rol oynayır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi