Vətənçilik, türkçülük, islamçılıq
Azərbaycançılıq ideologiyasının məna tutumunu, mahiyyətini, fəlsəfəsini şagirdlərə aşılamaq, onlara izah etmək məqsədi ilə məktəbdə iyun ayının 4-də “Vətənçilik, türkçülük, islamçılıq” adlı tədbir keçirildi. Tədbir 6”Ç” sinfinin rəhbəri Səlimə Bəkirova tərəfindən rəhbərliyin təşəbbüsü ilə həyata keçirildi.
Tədbirin rəsmi hissəsi dövlət himni ilə açıq elan edildi və tədbir boyunca Azərbaycan xalqının ideologiyasının əsas dayaqlarından danışıldı. Çıxış edən şagirdlər öz təqdimatlarında qeyd etdilər ki, azərbaycançılıq ideologiyasının əsas mahiyyətini Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi təşkil edir. Şagirdlər həmçinin istiqlalçılıq, birlikçilik, türkçülük, islamçılıq, ünsiyyətçilik və s.məfhumlara toxunaraq onlar haqqında ətraflı danışdılar.
Tədbirin bədii hissəsində şagirdlər milli və xarici ölkələrin rəqslərini ifa etdilər, müxtəlif şeir nümunələri və kompozisiyalar göstərdilər. Tədbirdə Təhsil Nazirliyi Respublika Uçaq və Gənclər İnkişaf Mərkəzinin direktor müavini Lalə Dadaşova qonaq qismində çıxış etdi.O, tədbir haqqında öz ürək sözlərini kollektivin diqqətinə çatdırdı. Sonda məktəb rəhbərliyi tədbirin təşkilində gərgin əməyinə görə Səlimə Bəkirovaya təşəkkür etdi.