19 nömrəli tam orta məktəbin şagirdləri Azərbaycan Milli Elmlər Akademiyasının “Elmi Nailiyyətlər” sərgisində
Məktəbimizin şagirdləri BŞTİ-nin təsdiq etdiyi cədvəl üzrə Azərbaycan Milli Elmlər Akademiyası 70 illik yubiley tədbirləri çərçivəsində Akademiyanın bütün elmi müəssisəsi və təşkilatlarının əldə etdiyi elmi nailiyyət və yeniliklərinin nümayiş olunduğu “Elmi Nailiyyətlər” sərgisinə ekskursiyaya getmişlər.Akademiyanın əməkdaşları şagirdlərimizi Akademiyanın institut və təşkilatlarının fəaliyyətindən bəhs edən, Azərbaycan, rus və ingilis dillərində buklet, kitab və digər nəşrlərlə tanış etmiş, onların suallarına cavab vermişlər.