Bacarıqlı əllər

            1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar məktəbdə “Bacarıqlı əllər”başlığı adı altında sərgi təşkil edildi. Sərgi təşkilatçı müavin və UBR-in təşəbbüsü ilə təşkil edildi. Sərginin təşkil edilməsində əsas məqsəd istedadlı və bacarıqlı şagirdlərin potensialını üzə çıxarmaq, onların rəsm və əl işlərini məktəb kollektivinə nümayiş etdirmək idi.

            Texnologiya, təsviri incəsənət müəllimləri və məktəbdə əl işləri dərnəyini aparan Ülkər Əliyevanın rəhbərliyi ilə bacarıqlı şagirdlərimizin müxtəlif karton, kağız, şüşə və s. tullantı kimi atılan əşyalardan düzəltdikləri əl işləri məktəb kollektivinin böyük marağına səbəb oldu. Rəsm qabiliyyətli şagirdlərin çəkdikləri rəsm işləri özündə uşaqların birliyini, xöşbəxtliyini, firavanlığını ehtiva edirdi. Əl işləri ən çox bəyənilən şagirdlərin məktəb rəhbərliyi tərəfindən mükafatlandırılması nəzərdə tutulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi