“Valideynin məktəbdə bir günü” layihəsinin növbəti mərhələsi
BŞTİ-nin müvafiq əmrinin icrası ilə əlaqədar məktəbimizdə may ayının 30-da “Valideynin məktəbdə bir günü” layihəsi uğurla icra olundu. Məktəb-valideyn-şagird əməkdaşlığını daha da inkişaf etdirmək məqsədilə keçirilən tədbirimiz təlimata uyğun təşkil edildi.
Əvvəlcə akt zalında rəsmi açılış elan edildi və məktəbin direktoru Akif Əliyev layihənin növbəti mərhələsi haqqında valideynləri məlumatlandırdı. Daha sonra valideynlər ayrı-ayrı siniflərdə dərs müşahidələri apardılar və yenidən akt zalında toplaşaraq seminarda iştirak etdilər. Seminar məktəb direktoru, direktor müavinləri və məktəb psixoloqu tərəfindən aparıldı. Seminarda valideynlər Təhsil nazirinin 13 may 2019 tarixli, F-260 əmri ilə əlaqədar məlumatlandırıldı. Seminarın sonunda valideynləri maraqlandıran suallar cavablandırıldı , onların təklif və rəyləri dinlənildi.