Məktəbdə şahmat yarışı keçirildi
Məktəbdə təşkilatçı müavin və fiziki tərbiyə müəllimlərinin təşəbbüsü ilə I – XI sinif şagirdləri arasında şahmat idman növünə marağı olanların yarışı təşkil edildi. Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin şahmat idman növünə olan marağını daha da artırmaq və onların asudə vaxtının səmərəli təşkilini düzgün istiqamətləndirmək idi.
Ümumilikdə 30 şagird arasında keçirilən yarışda ən çox xal toplayan şagirdimiz 6”B” sinif şagirdi Heydərli Nurtac 1-ci yerə, 10”A” sinif şagirdi Osmanov İlkin 2-ci yerə, bərabər xal toplayan 4”A” və 6”D” sinif şagirdləri Tağıyev Talıb və Məmmədov Cavad isə 3-cü yerə layiq görüldülər. Şagirdlər OCEP 2019 proqramına qoşulmuş məktəblər üçün MOK-un təqdim etdiyi sertifikatlarla təltif edildilər.