“Fikir hərfləri” adlı tədbir keçirildi

            Hazırkı dövrdə “Google nəsli” deyilən bir nəsil yetişir. Müasir dövrdə şagirdləri telefon, internet və müxtəlif sosial şəbəkələrdən uzaqlaşdırmaq üçün bir çox tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də məktəbdə may ayının 21-də keçirildi. “Fikir hərfləri” adı layihənin həyata keçirilməsində əsas məqsəd şagirdləri internetin və müxtəlif kompüter oyunlarının fəsadlarından qorumaq və onları kitaba bağlamaq idi.

            Kitabxana müdiri Sevinc Hüseynova və ibtidai sinif müəllimi Mətanət Nəcəfovanın təşkilatçılığı 4”E” sinfi ilə keçirilən tədbir çox baxımlı və maraqlı keçdi. Şagirdlər müxtəlif tarixi şəxsiyyətlərin obrazlarını canlandırdı, kitabdan öyrəndikləri biliklərin əhəmiyyətindən danışdı və müxtəlif kompozisiyalarla çıxış etdilər. Tədbirin sonunda  məktəbin direktoru Akif Əliyev çıxış edərək kitabın insan həyatında əvəzsiz rolundan söhbət açdı və tədbir iştirakçılarına təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi