Zərərli vərdişlərə yox deyirik
Şagirdlər arasında sağlam ətraf mühiti və sağlam həyat tərzinin geniş təbliği ilə əlaqədar məktəbdə may ayının 24-də tədbir keçirildi. 8”A” sinif şagirdləri və təşkilatçı müavin Ülviyyə Məmmədovanın hazırladıqları “Zərərli vərdişlərə yox deyirik!” adlı təqdimat xarakterli tədbirdə şagirdlər sağlam həyat tərzi sürməyin yolları, zərərli vərdişlərdən azad olunma üsulları və s. haqqında geniş məlumatlar verdilər.
Həmçinin şagirdlər siqaretə qurşananların, narkomaniyaya, alkoqolizmə aludə olanların, QİÇS-ə yoluxmuş şəxslərin reabilitasiyası üçün dövlətin gördüyü işlərdən söhbət açdılar. Tədbirin sonunda müxtəlif maarifləndirici şəkillər və videoçarx nümayiş olundu.