Ombudsman Aparatı tərəfindən təqdimat
“Uşaq hüquqlarının pilləli tədrisi” proqramı ilə əlaqədar məktəbdə may ayının 22-də Ombudsman Aparatının sertifikat təqdimatı keçirildi. Nəzərə çatdıraq ki, məktəbdə Ombudsman Aparatının əməkdaşları mart-aprel ayı ərzində hər sinifdən iki şagird cəlb olunmaqla “uşaq hüquqlarının pilləli tədrisi” proqramı ilə əlaqədar təlim keçdilər. Bu gün isə həmin şagirdlərin və onlara rəhbərlik edən müəllimlərin, eyni zamanda məktəb direktorunun mükafatlandırılması tədbiri keçirildi.
Aparatın əməkdaşı qeyd etdi ki, təlimi uğurla başa vurub sertifikat alan hər bir şagird özündən sonra gələn şagirdlərlə uşaq hüquqlarının tədrisi ilə əlaqədar maarifləndirmə işi aparmalı və məktəb rəhbərliyi də bu məsələni daim nəzarətində saxlamalıdır.