Miniatür Kitab Muzeyinə ekskursiya

            Muzey  həftəsində məktəbin 7”C” sinif şagirdləri və sinif rəhbəri Cəmalə Cəfərovanın başçılığı ilə növbəti muzeyə ekskursiya etdilər. Bu dəfə ki ekskursiya Şirvanşahlar sarayının yaxınlığındakı Miniatür Kitab Muzeyinə təşkil edildi.

            Şagirdlər may ayının 15-də dünyanın ilk özəl miniatür kitab muzeyində oldular. Onlar müxtəlif dövrlərə aid milli və xarici nəşriyyatlarda çap edilmiş ən kiçik ölçülü kitablarla tanış oldular. Muzeyin əməkdaşları şagirdlərin nəzərinə çatdırdı ki, muzeydə olan əksər kitabların yaşı 100-dən çoxdur. Ən “qoca” kitab isə 1672-ci ildə Səudiyyə Ərəbistanında nəşr edilmiş Quran kitabıdır.

            Ekskursiya zamanı çoxlu məlumatlar əldə edən şagirdlər sonda xatirə şəkilləri çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi