Qiraət müsabiqəsinin qalibi
Dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş qiraət müsabiqəsində məktəbin 9-cu sinif şagirdi Məmmədova Nəzrin iştirak etdi. May ayının 15-də 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Həq mənəm, həq məndədir, həq söylərəm” adlı şeir müsabiqəsində dəfələrlə müsabiqələrdə yüksək yerlərə layiq görülmüş Məmmədova Nəzrin çıxış edərək münsif heyətindən ən yüksək balı alaraq I yerə layiq görüldü. İmadəddin Nəsiminin “Mərhaba” qəzəlini təqdim edən Nəzrinin ifası hər kəsi heyrətləndirdi. Şagirdimizi bu uğuruna ürəkdən sevinir, daha böyük müsabiqələrdə ona uğurlar arzulayırıq.