Təbiət Tarixi Muzeyinə ekskursiya

            Məktəbin 6”A” sinif şagirdləri və sinif rəhbəri Arif İmanov Təbiət Tarixi Muzeyinə ekskursiya etdilər. BŞTİ-nin “Muzeylər həftəsində” məktəblilər üçün  yaratdığı şəraitdən maksimum yararlanan məktəb rəhbərliyi may ayının 14-də şagirdlərin H.Zərdabi adına Təbiət Tarixi Muzeyinə ekskursiyasını təşkil etdi.

            Ekskursiya zamanı şagirdlər Azərbaycanın arxeoloji qazıntılar zamanı aşkar olunan bir çox heyvan skeletləri və digər qiymətli eksponatları ilə ətraflı tanış oldular. Daha sonra muzey əməkdaşları şagirdləri maraqlandıran sualları cavablandırdılar. Təbiət Tarixi Muzeyinə ekskursiya şagirdlərin böyük marağına səbə oldu. Həmçinin şagirdlər qısa müddətdə  yerli fauna və flora haqqında xeyli məlumatlandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi