15 May Beynəlxalq Ailə Günüdür
Hər bir ailədə sağlam psixoloji mühit olarsa, deməli həmin ailədə hərtərəfli sağlam övlad yetişir. Məktəbdə psixoloq Rəna Abdullayevanın təşəbbüsü ilə may ayının 13-də Beynəlxalq Ailə Günü münasibəti ilə tədbir təşkil edildi.
4”A” sinif şagirdlərinin valideynləri ilə aparılan psixoloji söhbət və müzakirələr zamanı valideynlərin nəzərinə çatdırıldı ki, uşağın tərbiyəsində əsas rolu sağlam ailə mühiti oynayır.Ən qabaqcıl, nümunəvi şagirdlər də məhz həmin ailələrlə böyüyür. Həmçinin valideynlərə ailədə sağlam psixoloji mühitin qorunub saxlanması yolları ilə əlaqədar məsləhətlər verildi. Tədbirin gedişatında valideynlərə nümunəvi ailə modelini əks etdirən bukletlər təqdim edildi. Daha sonra şagirdlərlə valideynlərin simvolik olaraq səmimi görüşləri təşkil olundu və bununla da şagirdlərin məhz öz valideynlərinin yanında xoşbəxt və sağlam olması öz təsdiqini tapmış oldu.