Təmizlik və abadlıq işləri davam etdirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq məktubuna əsasən may ayının 1-dən may ayının 10-na kimi ümumtəhsil məktəblərində iməclik işləri aparılacaqdır.
Ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi işlərinin davamı olaraq məktəb binalarının, həyətyanı sahələrin iməcliyinin təşkili ilə əlaqədar məktəbdə may ayının 4-də kollektiv şəkildə abadlaşdırma işi aparıldı. Şagirdlər sinif otaqlarını səliqəyə saldı, dibçək güllərinə qulluq etdi, yazılmış və çirklənmiş partaların təmizlənməsində texniki heyətə yaxından köməklik göstərdilər. Məktəbin həyətyanı sahəsində torpaq qatı işçilər tərəfindən belləndi və tullantılardan təmizləndi. Məktəb kollektivinin həvəslə apardığı təmizlik və abadlıq işləri zamanı təhlükəsizlik qaydalarına ciddi nəzərət edildi.