Məntiq olimpiadası keçirildi
Məktəbdə təlimata uyğun olaraq may ayının 4-də “Lütfi Zadə adına Məktəblərarası IV Məntiq Olimpiadası” nın ilk turu keçirildi. 5 və 6-cı sinif şagirdləri arasında keçirilən olimpiadada əsasən məntiqi bacarığı yüksək olan habelə məntiqi bacarıqlarını üzə çıxarmaq istəyən şagirdlərin iştirakı təmin edildi.
Məktəb rəhbərliyinin nəzarəti ilə 1 gün öncədən iştirakçı sayına uyğun hazırlanmış sual kitabçaları saat 09:00-da şagirdlərə paylandı. Olimpiada tam təlimat şərtlərinə uyğun şəkildə keçirildi və heç bir neqativ hal baş vermədi. Saat 10:30-da nəzarətçi müəllimlər olimpiada vaxtının bitdiyini elan etdi və sual kitabçaları şagirdlərdən yığıldı. Şagirdlərə bildirildi ki, cavablar sistemə daxil edildikdən sonra sual kitabçaları onlara geri qaytarılacaqdır.