İdarəetmənin ustadı, siyasətin kamil bilicisi

            Məktəbdə bu tədris ilində sonuncu dəfə Heydər Əliyev dərsi keçirildi. Dərs aprel ayının 23-də 266 və 19 nomrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin iştirakı ilə məktəbin direktoru Akif Əliyev tərəfindən aparıldı.

            Ümummilli lider Heydər Əliyevin idarəetmə bacarığından və dərin siyasi biliklərindən danışan məruzəçi Akif Əliyev dünya miqyasında siyasi lider kimi məşhurluq qazanan Ulu Öndər haqqında ətraflı məlumat verdi. Şagirdlərlə fikir mübadiləsi zamanı onların suallarını cavablandıran Akif müəllim qeyd etdi ki, bu günkü gündə sabitliyimizin və təhlükəsiz şəraitdə yaşamağımızın təməlini məhz Heydər Əliyev qoymuşdur. Belə uzaqgörən, ağıllı siyasətçinin özündən sonra xalqa bəxş etdiyi hazırkı ölkə prezidenti cənab İlham Əliyev bu siyasətin layiqli davamçısıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi