Dini xurafat və mövhümatçılığa qarşı mübarizə

            Məktəbdə fəaliyyət planına uyğun olaraq dini xurafata, ehkamçılığa və  mövhümata qarşı maarifləndirmə məqsədi ilə tədbir keçirildi. Tədbir məktəbin ədəbiyyat müəlimi Aidə Mirzəyeva və rəhbərlik etdiyi 7”A” sinif şagirdləri tərəfindən hazırlandı.

            Şagirdlər əvvəlcə dini xurafatı tənqid edən satirik mövzuda Azərbaycan ədiblərinin yazdığı əsərlərdən səhnəciklər nümayiş etdirdilər. Daha sonra mövzu ətrafında müzakirələr başlandı. Tədbir boyunca şagirdlər islam dininin əslində sülh, barış, yeniliklər tərəfdarı, elm və təhsilə qiymət verən  bir səmavi din kimi bəşəriyyətə gəldiyini müxtəlif faktlarla  təsdiq etdilər. Sonda məktəb direktoru Akif Əliyev çıxış edərək, dinimizi düzgün anlamağın vacibliyindən və eyni zamanda təhsil almağın zəruriliyindən geniş söhbət açdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi