Nağıllar aləminə səyahət

            Hər il olduğu kimi bu tədris ili ərzində də  şagirdlərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə məktəbdə müxtəlif tədbirlər təşkil edilir. Belə tədbirlərdən biri aprel ayının 19-da “Oxu günü” nə həsr edildi.

            İbtidai sinif müəllimi Sahibə Musayeva və kitabxana müdiri Sevinc Hüseynovanın 3”C” sinif şagirdləri ilə hazırladıqları “Nağıllar aləminə səyahət” adlı tədbir çox maraqla qarşılandı. Şagirdlərin çox ustalıqla səhnələşdirdikləri “Yarasa” , ”Lampa niyə söndü” , “Yaşıl karandaş” nağıllarında bu günkü günümüzlə səsləşən bir çox maraqlı məqamlara toxunuldu. Şagirdlər tədbir boyunca müxtəlif ədiblərin əsərlərindən parçalar ifa etdilər, şeirlər, tapmacalar səsləndirdilər. Bir daha şagirdlərə məktəb direktoru Akif Əliyev kitab oxumağın vacibliyindən danışdı, müxtəlif mütəfəkkirlərdən sitatlar gətirdi. Sonda məktəb rəhbərliyi tərəfindən tədbirin təşkilatçılarına və şagirdlərə təşəkkür bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi