Məktəbdə İdman Festivalı keçirildi

            Bakı şəhərində keçiriləcək 15-ci Avropa Gənclər  Yay Olimpiya Festivalına hazırlıq işləri ilə bağlı məktəbdə silsilə tədbirlər davam edir. Qeyd etmək lazımdır ki, olimpiya hərəkatına qoşulan məktəblər içərisində püşkatma nəticəsində qardaşlaşmış olduğumuz Danimarka ölkəsi ilə dostluq, yoldaşlıq əlaqələrini möhkəmləndirmək məqsədi ilə məktəbdə aprel ayının 17-də İdman Festivalı keçirildi.

            Festivalı keçirməkdə əsas məqsədimiz olimpiya hərəkatı ilə şagirdləri tanış etmək və eyni zamanda müxtəlif  ölkə və beynəlxalq yarışlarda uğur qazanmış idmançılarımızı məktəb kollektivinə tanıtmaq idi.

Tədbir Azərbaycan və Danimarkanın dövlət himnlərinin səslənməsi ilə başlandı.Festival boyunca həm Azərbaycan, həm də  Danimarka xalqlarının maddi-mədəni irsindən danışıldı, milli rəqsləri təqdim olundu. Daha sonra müxtəlif idman növlərində şagirdlərimizin nümunəvi çıxışları nümayiş etdirildi. Məktəbin fiziki tərbiyə müəllimlərinin təşkil etdiyi 5-ci sinif şagirdləri arasında estafet yarışları başa çatdıqdan sonra qalib gələn komanda üzvləri MOK-un sertifikatları ilə mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi