Valideynlərlə söhbət aparıldı

            Məktəbdə hər zaman  valideynlərin ümumməktəb iclaslarında və konfranslarında, sinif valideyn iclaslarında, valideynlərlə fərdi və kollektiv söhbətlərdə iştirakına xüsusi diqqət yetirilir. Belə tədbirlərdə uşaqlarda zəruri mədəni davranış vərdişlərinin tərbiyə edilməsi, təlim əməyinə düzgün münasibətin, kitaba marağın formalaşdırılması kimi məsələlər həmişə ön planda olur.

            Aprel ayının 12-də keçirilən valideyn iclasında əsas məqsəd şagird-valideyn-məktəb əməkdaşlığını daha da möhkəmləndirmək, təlim-tərbiyə prosesində valideynlərin daha da yaxından iştirakını təmin etmək idi. İclas zamanı yeniyetməlik dövründə şagirdlərin üzləşdiyi problemlərin məktəb psixoloqu ilə birgə həll olunması məsələsi  bir daha rəhbərlik tərəfindən diqqətə alındı. Valideynlərin nəzərinə çatdırıldı ki, övladlarının sosial şəbəkələrdən düzgün istifadəsinə nəzarətlərini gücləndirsinlər və internetin mənfi təsirlərindən qorunmaq üçün məktəblə hər zaman əlaqə saxlasınlar. Valideyn iclasında məktəb direktoru, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqu, sinif rəhbərləri çıxış edərək şagirdlərlə bağlı narahatlıq yaradan məsələlərə toxundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi