Danimarkada Bir Gün

            “Olimpiya Mədəniyyət və Təhsil Proqramı” çərçivəsində məktəb daxilində  silsilə tədbirlər davam etdirilir. Məktəbimiz püşkatma zamanı Danimarka ilə qardaşlaşmışdır. Bununla əlaqədar aprel ayının 12-də OCEP proqramı çərçivəsində “Danimarkada bir gün” adlı tanıtım tədbiri keçirildi. Tədbir 1 “E” sinfinin sinif müəllimi Nəzakət Osmanovanın təşkilatçılığı ilə hazırlanıb təqdim olundu.

            Tədbir Azərbaycanın və Danimarkanın dövlət himnlərinin səslənməsi ilə başlandı. Daha sonra şagirdlər Danimarkanın milli adətlərindən danışdılar, digər millətlərdən fərqlənən xüsusiyyətləri haqqında ətraflı məlumat verdilər. Eyni zamanda şagirdlər Danimarkanın milli geyimlərində müxtəlif rəqs nümunələri və səhnəciklər nümayiş etdirdilər. Tədbirin sonunda Danimarkanın dövlət atributlarından və tarixi abidələrindən ibarət sərgiyə baxış oldu. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi