Azərbaycan idman ölkəsidir

            Ümumtəhsil məktəbləri üçün təsdiq olunmuş 2019-cu ilin  fəaliyyət planına uyğun olaraq məktəbdə müxtəlif tədbirlərin icrasına başlanılıb. Belə tədbirlərdən biri aprel ayının 8-də məktəbin fiziki tərbiyə müəlimləri tərəfindən hazırlanıb təqdim olundu.

            Məktəbin fiziki tərbiyə  müəllimi Məsumə Məmmədova şagirdlərə Azərbaycan  idmançılarının olimpiya oyunlarında, dünya və Avropa birinciliklərində qazandıqları qələbələr haqqında ətraflı məlumat verdi, ölkəmizin idman tarixindən geniş danışdı.

            Daha sonra şagirdlərə adını Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazdırmış idmançıların həyatı və fəaliyyətindən bəhs edən videoçarx və slayd-şou təqdim edildi.

            Şagirdlərin idmanla bağlı verdikləri suallar müəllimlərimiz tərəfindən cavablandırıldı. Eyni zamanda şagirdlər cüdo idman növü üzrə ikiqat dünya çempionu, Avropa , çempionu,məktəbdə pedaqoji təcrübədə olan məşhur idmançımız Abdullayeva Səbinə Xanlar qızı ilə yaxından tanış oldular, onun idman uğurları ilə maraqlandılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi