7 Aprel – Ümumdünya Sağlamlıq Günüdür

            7 Aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə məktəbdə aprel ayının 5-də psixoloq Rəna Abdullayeva tədbir keçirdi. Sağlam təhsil sinfi  2”A” sinif şagirdləri ilə “Sağlam övlad, xöşbəxt ailə, sağlam cəmiyyət” mövzusunda keçirilən tədbir zamanı şagirdlərə ilk növbədə əsas məqsəd açıqlandı. Bildirildi ki, sağlam ruhda böyüyən uşaqlar cəmiyyətə daha çox fayda verirlər.

            Rəna müəllim şagirdlərlə söhbət zamanı qeyd etdi ki, sağlamlıq əsasən gün rejiminin düzgün qurulmasından asılıdır və gündəlik düzgün rejimə əməl edən şagirdlər dərslərində və ictimai işlərdə daha fəal iştirak edirlər. Şagirdlərə bir daha şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi izah olundu. Daha sonra şagirdlər sağlam həyat tərzini təbliğ edən müxtəlif səhnəciklər və rollu oyunlar qurdu, rəqs nömrələri təqdim etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi