Reproduktiv sağlamlığımızın qayğısına qalaq!

            Məktəbdə aprel ayının 2-də reproduktiv sağlamlıqla əlaqədar tədbir keçirildi. Tədbir Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin  birgə layihəsi olan “Qız kimi böyümək”  layihəsinin icrası ilə bağlı “Ümidli Gələcək” təşkilatının əməkdaşı Samirə Süleymanova, məktəbin tərbiyə işləri üzrə direktor müavini Ülviyyə Məmmədova və UBR Aysel Tahirova şagirdlərlə ətraflı söhbət apardı. 6-cı siniflərin qız şagirdləri ilə aparılan tədbir zamanı reproduktiv sağlamlığın əslində gələcəkdə ana sağlamlığı demək olması şagirdlərə izah olundu. Daha sonra mövzu ətrafında geniş müzakirələr aparıldı, şagirdləri maraqlandıran suallar cavablandırıldı. Sonda şagirdlərə təhsil paketləri paylandı.

           

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi