Sağlam təhsil siniflərində psixoloji test
Mart ayının ilk həftəsində sağlam təhsil siniflərində məktəbin psixoloqu Rəna Abdullayeva şagirdlərdə idrak fəallığının aktivliyi və diqqətin inkişafını izləmək məqsədilə psixoloji test sorğusu apardı.
Şagirdlərdə belə sorğuların aparılması və müxtəlif xarakterli oyunların təşkili onlarda motivasiya yaradır, dərs zamanı idrak fəallığını daha da artırır, diqqətlərinin düzgün istiqamətə yönəlməsini təmin edir. Rəna müəllimə şagirdlərlə müxtəlif oyunlar təşkil etdi, onların diqqətinin inkişafını izlədi və müəyyən etdiyi nəticələri qeydiyyata aldı.