Şagirdlərin maliyyə savadlılığını artıraq
Şagirdlərdə maliyyə savadlılığını artırmaq məqsədi ilə mart ayının 12-də məktəbdə seminar keçirildi. Seminar Azərbaycan Respublikasının Mərkəzi Bankının İqtisadi Maarifləndirmə Şöbəsinin əməkdaşları Lamiyə Qaralova və Rövşən Qəniyev tərəfindən aparıldı.
Seminar zamanı şagirdlərlə tələb, təklif, rəqabət, bazar iqtisadiyyatında qiymətlərin formalaşdırılması, gəlirlər və xərclər, ailə büdcəsinə qənaət və s. mövzular ətrafında geniş müzakirələr aparıldı. Şagirdlərə maliyyə savadlılığını artıran bukletlər və kitabçalar paylandı. Maraqlı söhbət və diskusiya şəklində keçən seminar şagirdlərin maliyyə savadını artırmaq üçün böyük önəm daşıdı. Şagirdlərin büdcənin düzgün qurulması ilə bağlı suallarını Mərkəzi Bankın əməkdaşı Lamiyə Qaralova ərtaflı cavablandırdı.