Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı

            Mart ayının 5-də məktəbdə Nəsimi rayonu 14 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” adlı dərs keçirildi.

            Heydər Əliyev dərsi zamanı mühazirə məktəbimizin tarix müəllimi Vəfa Heydərova tərəfindən oxundu. Vəfa müəllim çıxışı zamanı bildirdi ki, iqtisadiyyat bütün dövlətlərin inkişafının özəyini təşkil edir. İqtisadiyyatı zəif olan bir dövləti heç zaman güclü hesab etmək olmaz.

Həmçinin Vəfa müəllim şagirdlərin nəzərinə çatdırdı ki, Heydər Əliyev Azərbaycana rəhbərliyin birinci dövründə  iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görmüşdür. 1969-cu ilin iyul plenumunda onun Azərbaycanın rəhbəri seçilməsi əslində çağdaş tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasının qoyulması kimi daxil olunmasıdır. Dərs boyunca Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi töhvələrdən danışan mühazirəçi müəllim sonda şagirdləri maraqlandıran sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi