Polis əməkdaşlarının şagirdlərlə profilaktik söhbəti
Mart ayının 1-də məktəbdə yuxarı sinif şagirdləri ilə toplantı keçirildi. Toplantını keçirməkdə əsas məqsəd qeyri-sağlam həyat tərzi aşılayan, sağlamlığa və mənəviyyata zərər vuran müxtəlif vasitələrdən şagirdləri çəkindirmək, onlarla maarifləndirmə işi aparmaq idi.
Tədbir zamanı Nəsimi rayonu Polis İdarəsinin yetkinlik yaşına çatmayanlar üzrə bölmə rəisi Firdovsi Əsədli geniş məruzə ilə çıxış edərək şagirdlərə narkotik vasitələrdən, psixotrop dərmanların qanunsuz dövriyyəsindən, toksanamiya, dini-radikal qruplaşmalardan söhbət açaraq bu kimi məsələlərdən uzaq durmağı məsləhət bildi.
Şagirdlərin hüquq pozuntuları ilə bağlı maraqlandıran sualları ətrafında geniş müzakirələr aparıldı. Tədbir zamanı şagirdlər bir çox faydalı məlumatlar əldə etdilər.