"Xocalını unutmayaq"

Xocalı faciəsinin ildönümü ilə əlaqədar tədbirlər Nəsimi rayonundakı M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə də davam etdirilir. 25 fevral 2016-cı ildə məktəbdə 2e sinfinin şagirdləri "Xocalını unutmayaq" adlı tədbir keçirmişdir. Sinif müəllimi Nəzakət Osmanovanın rəhbərliyi ilə balaca Nəzrin, Laçın və Cavid "Baba, nənə və nəvənin söhbəti" səhnəciyini göstərmiş, Qadir, Aydın, Həsən, Nicat, Yusif, Nurlan, Rza, Məşədican, Hacıbaba, Rəvan vəTunar gələcəkdə rəşadətli Azərbaycan ordusunun necə qəhrəman əsgərləri olacaqlarını nümayiş etdirmişlər.Tədbirdə Zərnişan, Anjeli, Nərmin, Selcan, Dinarə, Xalidə, Aysel, Zeynəb və Təhminə Xocalı faciəsinə həsr edilmiş şeirlər söyləmiş, filmlərdən fraqmentlər nümayiş etdirilmişdir. Tədbirin sonunda şagirdlər Xocalı soyqırımına həsr edilmiş guşənin qarşısında şəkil çəkdirmişlər.