Sönməyən atəş – Xocalı!

            Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə məktəbimizdə fevral ayı ərzində silsilə tədbirlər keçirilir.Bu tədbirlərdən biri məktəb rəhbərliyinin nəzarəti ilə kitabxana müdiri Sevinc Hüseynova tərəfindən təşkil edildi.

            “Sönməyən atəş – Xocalı!” adlı bədii kompozisiyalı tədbir vətənimizin azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səslənməsilə başladı. Tədbir boyunca şagirdlərin ifasında Xocalı faciəsinin dəhşətlərini əks etdirən şeirlər, mahnı kompozisiyaları, səhnəciklər nümayiş etdirildi. Xocalı soyqırımı haqqında qısa sənədli film göstərildi.

            Məktəbin hərbi rəhbəri Qarabağ qazisi İslam Əzimov çıxış edərək Xocalı soyqırımı zamanı öz həyatları bahasına köməksiz əhaliyə yardım göstərmiş şəhidlərimizdən danışdı. Sonda məktəbin direktoru Akif Əliyev çıxış edərək bir daha şagirdləri əmin etdi ki, tökülən nahaq qan yerdə qalmayacaq və şücaətli xalqımızın, ölkə rəhbəri İlham Əliyevin səyləri nəticəsində Xocalıya ədalət bütün dünyada bərqərar olacaqdır.

           

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi