Valideynin Məktəbdə Bir Günü

BŞTİ-nin müvafiq əmrinin icrası ilə əlaqədar məktəbimizdə fevral ayının 15-də “Məktəbdə Valideynin Bir Günü” layihəsi uğurla icra olundu. Məktəb-valideyn əməkdaşlığını daha da inkişaf etdirmək məqsədilə keçirilən tədbir təlimatda göstərilən proqram əsasında təşkil edildi.

Əvvəlcə  akt zalında rəsmi açılış elan edildi və məktəbin direktoru Akif Əliyev layihə ilə bağlı valideynləri məlumatlandırdı. Daha sonra məktəblə əyani tanışlıq üçün ayrı-ayrı qruplar şəklində valideynlər fənn kabinetlərini, kitabxananı, linqafon otaqlarını, sağlam təhsil siniflərini, idman zalını, həkim otağını və s. gəzib ətraflı məlumat əldə etdilər. Sonrakı mərhələdə valideynlər ayrı-ayrı siniflərdə dərs müşahidələri apardıqdan sonra yenə akt zalında toplaşaraq seminarda iştirak etdilər. Nəzərə çatdıraq ki, valideynlər üçün seminar Təlimə Dəstək Mərkəzinin əməkdaşı Fəzail Məmmədov tərəfindən “ Məktəb-valideyn münasibətləri şagirdlərin nailiyyətlərinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi” mövzusunda təqdim olundu.

Seminarın sonunda valideynləri maraqlandıran suallar cavablandırıldı və bədii hissənin nümayişi ilə tədbir sona çatdırıldı.

           

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi