"Xocalı -Sönmüş ocağım"

23 fevral 2016-cı ildə Nəsimi rayonundakı M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının iyirmi dördüncü ildönümünə həsr edilmiş "Xocalı -Sönmüş ocağım" adlı ədəbi-bəddi kompozisiya keçirilmişdir. Məktəbin ədəbiyyat müəllimi,9c sinfinin sinif rəhbəri Sonaxanım Həsənovanın təşkilatçılığı və 9c sinif şagirdi Pərviz Əlizadənin hazırladığı ssenari əsasında məktəbin akt zalında keçirilən tədbdə elə həmin sinfin şagirdləri Gülər,Türkan,Aytən,Sevil,Xuraman, Nuranə və Çiçək Xocalı faciəsinin icmalını, şahidlərin ifadələrini. onun Beynəlxalq aləmdə tanınmasını, ermənilərin etiraflarını, 366-cı alayın rolunu açıqlamışlar.Ədəbi-bədii kompozisiyada Xocalı faciəsinə həsr edilmiş musiqilər səsləndirilmiş, filmlərdən fraqmentlər nümayiş etdirilmişdir. Tədbirin sonunda məktəbin direktoru Akif Əliyev çıxış edərək XX əsrin faciəsi olan Xocalı soyqırımının təkcə ildönümlərində deyil daim xatırlanmasının vacibliyini söyləmiş, tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi