Pedaqoji şuranın növbəti iclası
Fevral ayının 8-də məktəbimizdə pedaqoji şuranın növbəti iclası keçirildi. İclasda müzakirə olunan məsələlər bunlardır: 1) 2018-2019-cu tədris ilinin I yarımilinin nəticələrinin müzakirəsi; 2) I-IV, V-XI siniflərdə fənlərin tədrisinin monitorinqinin nəticələrinni müzakirəsi, 3) I yarımildə müəllim və şagirdlərin işə və dərsə davamiyyətinin nəticələrinin müzakirəsi; 4) Məktəblilərin fənn olimpiadalarının məktəb və rayon turlarının nəticələrinin müzakirəsi; 5) keçirilmiş tədbirlərin müzakirəsi
Pedaqoji şuranın iclasında məktəb rəhbərliyi həmçinin gənc nəslin təlim-tərbiyəsində səmərəli pedaqoji fəaliyyətlərinə görə və eyni zamanda yubileyi olan müəllimlər fəxri fərmanlarla təltif etdi. Dəyərli həmkarlarımızı urəkdən təbrik edir, gələcək işlərində uğurlar arzu edirik.