Narkomaniyaya yox deyək!

22 fevral 2016-ci ildə M.Hüseynzadə adına 19 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək !” adlı maarifləndirmə tədbiri keçirilmişdir. Nəsimi Rayon Polis İdarəsinin təşkilatçılığı ilə məktəbin akt zalında keçirilən tədbirdə Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşı, polis-mayoru Məryəm Ömərova, Nəsimi RPİ-nin idarə rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis-polkovnik--leytenantı Vüsal Rüstəmov, Yetkinlik yaşına çatmayanlar üzrə profilaktiki işin təşkili bölməsinin rəisi Firdovsi Əsədli, Nəsimi rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Vəfa Həsənbəyli iştirak etmisdir. Vüsal Rüstəmov və Məryəm Ömərova zərərli vərdişlər və narkomaniya haqqında şagirdlərə geniş məlumat vermiş, insanların sağlamlığına onların vurduğu zərər,fəsad və bəlalar haqqında söhbət etmiş, şagirdlərin suallarına cavab vermişlər. Tədbirdə şagirdlər narkotikanın zərər və fəsadları barədə video-rolikə baxmışlar. Sonda məktəbin direktoru Akif Əliyev tədbirin təşkilatçılarına, məruzəçilərə və qonaqlara təşəkkürünu bildirmiş və belə tədbirlərin davamlı olmasını arzulamışdır.